Bütün xəbərlər
Netanyahu: "İsrail girovların azad edilməsi üçün çox çətin danışıqlar aparır"
Tarix: 18-08-2024 18:56 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail girovları azad etmək üçün çox çətin danışıqlar aparır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  eyni zamanda o, radikal HƏMAS hərəkatını Qəzza zolağında vəziyyətin nizamlanması üçün saziş bağlamaqdan imtina etməkdə ittiham edib.
"Bunlar çox çətin danışıqlardır, çünki qarşı tərəfdə amansız, prinsipsiz və inadkar bir terror təşkilatı var", - Netanyahunun ofisi ondan sitat gətirib.
O əlavə edib ki, İsrail hökumətinin təzyiqi HƏMAS və onun lideri Yəhya Sinvara yönəlməlidir, çünki hərəkat sazişdən “hələ də imtina edir”.
Baş nazir həmçinin girovların azad edilməsində güclü hərbi və siyasi təzyiqin əsas olduğunu qeyd edərək, İsrailin güzəştə getmədiyini, ölkənin təhlükəsizliyi üçün vacib olan müəyyən edilmiş prinsiplərə əməl etdiyini vurğulayıb.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər