Bütün xəbərlər
Almaniyada ən böyük polad istehsalçısı "ThyssenKrupp"un anbarı 24 saatdan çoxdur yanır
Tarix: 16-08-2024 23:19 | Bölmə: Dünya

Almaniyanın ən böyük polad istehsalçısı "ThyssenKrupp"un anbarı 30 saatdan çoxdur ki, yanır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın avqustun 15-də səhər saatlarında Saarland əyalətinin Völklingen şəhəri yaxınlığında başlayıb.
"Bild"in məlumatına görə, yanan anbarda xilasetmə və yanğınsöndürmə xidmətlərindən 200-dən çox insan çalışır. Tüstü hətta yanğın yerindən 15 kilometr aralıda yerləşən Saarbrücken şəhərinə də çatıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə anbarın qarşısındakı ərazidə başlayıb. Xilasedicilər gələnə qədər o, artıq bütün binaya yayılmışdı.
"ThyssenKrupp AG" Almaniyanın ən böyük sənaye konsernilərindən biridir. İşçilərin sayı təxminən 98 min nəfərdir.
Bundan əvvəl Berlində Kiyev üçün hava hücumundan müdafiə sistemləri istehsal edən konsernin bir hissəsi olan Diehl zavodunda yanğın baş vermişdi.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər