Bütün xəbərlər
Tailandda Thaksin Şinawatranın qızının baş nazir postuna namizədliyi irəli sürülüb
Tarix: 15-08-2024 15:12 | Bölmə: Dünya

Tailandın hakim koalisiyası hökumət başçısı postuna Phua Tay partiyasının lideri Fetonq Tan Şinavatranın namizədliyini irəli sürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun adı mətbuat konfransından sonra açıqlanıb.
Keçmiş baş nazir Thaksin Şinavatranın qızının namizədliyini koalisiyadakı ən böyük partiyalar Phumchaithai, Phalang Prachachat və hərbi dairələri təmsil edən Ruam Thai San Chat dəstəkləyib.
Nümayəndələr Palatası avqustun 16-da onun vəzifəyə təyin edilməsi üçün səs verəcək. Qeyd edək ki, hakim koalisiya 314 deputatın səsinə malikdir və bu, namizədliyin təsdiqi üçün zəruri sadə səs çoxluğunu təmin edir.
Bundan əvvəl məlum olmuşdu ki, Tailand Konstitusiya Məhkəməsi əsas müxalifət partiyası olan İrəli Hərəkatı ləğv edib. Onun üzvləri təxribatda ittiham olunurdu. Təşkilatın rəhbərlərinə 10 il müddətinə hər hansı siyasi fəaliyyət qadağan edilib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər