Bütün xəbərlər
HƏMAS Qəzzada keçiriləcək atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırmır
Tarix: 14-08-2024 01:47 | Bölmə: Dünya

Fələstinin HƏMAS hərəkatının nümayəndələri avqustun 15-i cümə axşamına təyin edilmiş Qəzza zolağı ilə bağlı danışıqlarda iştirak etməyi planlaşdırmırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hərəkatın Livandakı nümayəndəsi Əhməd Abdel Hadi Qəzzada atəşkəslə bağlı danışıqlarda iştirakdan imtina etdiyini açıqlayıb. O qeyd edib ki, HƏMAS Misir, Qətər və ABŞ-dan danışıqların yeni raundlarını keçirmək əvəzinə, ABŞ prezidenti Co Baydenin vizyonu, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında əvvəllər razılaşdırılmış planın həyata keçirilməsi planını təqdim etməyi xahiş edib.
Bundan əvvəl vasitəçilər İsrailə və HƏMAS hərəkatına avqustun 14-15-də atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar, RİA Novosti xatırladır. Misir, Qətər və ABŞ liderləri razılığa gəlmək üçün yekun təklif verməyə hazır olduqlarını təsdiqləyiblər.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər