Bütün xəbərlər
ABŞ İsrailə 50 ədəd "F-15" qırıcısı, tank sursatları və radarlar verəcək
Tarix: 14-08-2024 01:43 | Bölmə: Dünya

ABŞ Dövlət Departamenti İsrailə 18,82 milyard dollar dəyərində "F-15" döyüş təyyarələri və avadanlıqların satışını təsdiqləyib, Pentaqon xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail 50 ədəd "F-15İA" çoxməqsədli qırıcı, Təl-Əvivin mövcud "F-15I" qırıcılarını təkmilləşdirmək üçün avadanlıq, mühərriklər, radarlar, buraxılış qurğuları və digər ehtiyat hissələri almaq üçün ABŞ-a sorğu göndərib. Pentaqon qeyd edir ki, tədarüklər 2029-cu ildə başlayacaq, qırıcıların satışı bölgədəki hərbi qüvvələrin balansını pozmayacaq.
Dövlət Departamenti həmçinin İsrailə 102,5 milyon dollar dəyərində 30 ədəd "AIM-120 AMRAAM" hava-hava raketi və avadanlığının, 774,1 milyon dollar dəyərində 120 mm-lik tank sursatının, 61,1 milyon dollar dəyərində minaatan patronlarının, "M1148A1P2" taktiki maşınlarının və 15 milyon dollar dəyərində digər avadanlığın satışını təsdiqləyib.
Pentaqon ABŞ Konqresini sadalanan silahların İsrailə satılması ilə bağlı gözlənilən sövdələşmələr barədə məlumatlandırıb.



Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər