Bütün xəbərlər
Kabildə neft anbarı yaxınlığında avtomobil partlayıb, xəsarət alanlar var
Tarix: 11-08-2024 18:22 | Bölmə: Dünya

Kabildə dövlət neft anbarı yaxınlığında avtomobil partlayıb. Qurbanlar var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Etilaatroz" qəzetinin məlumatına görə, təhlükəsizlik xidmətləri səhər saatlarında partlayışın baş verdiyi ərazini bağlayıb; hadisə yerinə təcili tibbi yardım maşınları göndərilib. Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər. Qəzet qeyd edir ki, hələlik qruplardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər