Bütün xəbərlər
Abbas: "Vahid hökumətlə bağlı danışıqlar Qəzza müharibəsi başa çatdıqdan sonra başlayacaq"
Tarix: 07-08-2024 09:57 | Bölmə: Dünya

Fələstində milli birlik hökumətinin yaradılması ilə bağlı danışıqlar yalnız Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra mümkündür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas RİA Novosti agentliyinə müsahibəsində danışıqlara başlamaq üçün şərtlərdən danışıb. O qeyd edib ki, qanunda nəzərdə tutulduğu kimi, milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında müharibə başa çatdıqdan sonra və HƏMAS hərəkatı milli barışıq şərtlərini qəbul edərsə, başlayacaq.
Abbas vurğulayıb ki, hazırda Qəzzaya təcavüzün dayandırılması Fələstin hakimiyyəti üçün prioritetdir.
Fələstin lideri xatırladıb ki, üç ay əvvəl siyasi fraksiyalara aid olmayan peşəkar kadrlardan formalaşmış texnokratik hökumət qurulub.
Mahmud Abbas, "O, Qəzza zolağındakı xalqımız qarşısında öz məsuliyyətlərini İordan çayının qərb sahilində və Qüdsdə olduğu kimi yerinə yetirir" deyib.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər