Bütün xəbərlər
ABŞ-da "Debbi" qasırğası Florida sahillərində 30 kiloqramdan çox narkotiki yuyub
Tarix: 06-08-2024 10:31 | Bölmə: Dünya

ABŞ sahillərini vuran "Debbi" qasırğası avqustun 5-də Florida sahillərinə çəkisi 30 kiloqramdan çox və dəyəri bir milyon dollardan çox olan kokain gətirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ sahillərini vuran "Debbi" qasırğası avqustun 5-də Florida sahillərinə çəkisi 30 kiloqramdan çox və dəyəri bir milyon dollardan çox olan kokain gətirib.
Kəşf barədə ABŞ Sərhəd Patrulunun rəhbəri Samuel Briqqs məlumat verib. Qeyd edildiyi kimi, qasırğa Florida-Keysdəki çimərlikdə 25 bağlama kokaini (70 funt) yuyub.
Briggs sosial mediada "Yaxşı bir samariyalı narkotikləri kəşf etdi və səlahiyyətlilərlə əlaqə saxladı" deyib.
ABŞ Sərhəd Patrulu narkotikləri ələ keçirib. Qara bazarda onların dəyəri bir milyon ABŞ dollarını keçir.
Bundan əvvəl NBC telekanalı "Debbi" qasırğası nəticəsində 4 nəfərin öldüyünü bildirmişdi. Həmçinin Corciya və Florida ştatlarında "Debbi" ABŞ-ın şərq sahillərini vurduqdan sonra təxminən 160 min insan elektrik təchizatından məhrum olub. RİA Novosti xəbər verir ki, Florida qubernatoru Ron DeSantis ştatın 61 qraflığında fövqəladə vəziyyət elan edib.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər