Bütün xəbərlər
Yaponiyada baş verən zəlzələ Kuril adalarında hiss olunub
Tarix: 05-08-2024 11:07 | Bölmə: Dünya

Malokurilskoye kəndində 3 bal gücündə yeraltı təkanlar hiss olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, avqustun 5-nə keçən gecə Yaponiyanın Hokkaydo adasında 4,9 bal gücündə zəlzələ baş verib. “İnterfaks” bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsinə istinadən xəbər verir.
Məlumata görə, mənbə 63 km dərinlikdə yerləşir. Eyni zamanda Saxalin vilayətinin Şikotan adasındakı Malokurilskoye kəndinin sakinləri 3 bala qədər gücündə yeraltı təkanlar hiss ediblər. Tələfat və dağıntı olmayıb.
Bundan əvvəl Filippin sahillərinin şərqində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri məskunlaşan ərazidən 19 kilometr aralıda yerləşib.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər