Bütün xəbərlər
ABŞ 11 sentyabr terror aktında təqsirləndirilən şəxslərlə razılaşmada Ağ Evin rolunu araşdırır
Tarix: 02-08-2024 20:23 | Bölmə: Dünya

“The New York Post” yazır ki, ABŞ Konqresi 2001-ci il sentyabrın 11-də törədilən terror aktında əli olan üç müttəhimlə razılaşmada Ağ Evin rolunu araşdırmağa başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 31-də Pentaqon terror aktı qurbanlarının ailələrinə məktub göndərib və bu məktubda üç müttəhimin ölüm cəzası ömürlük həbslə əvəz olunacağı təqdirdə günahlarını etiraf etməyə hazır olduqları bildirilib.
Ağ Evin sözçüsü Con Kirbinin sözlərinə görə, Cozef Bayden administrasiyası son vaxtlara qədər bu razılaşma haqqında heç nə bilmirdi. Prezident ABŞ Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı və bu məsələni müzakirə etməyi tapşırıb.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Kommer öz növbəsində qeyd edib ki, sövdələşmənin vaxtı Baydenin prezidentliyi ilə üst-üstə düşür, üstəlik şübhəli şəxslərlə razılaşma tamamilə qeyri-şəffafdır.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər