Bütün xəbərlər
Londonda baş nazirin iqamətgahında baş verən iğtişaşlardan sonra 100-dən çox adam saxlanılıb
Tarix: 01-08-2024 11:54 | Bölmə: Dünya

Britaniya paytaxtında etirazçılarla toqquşma zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngiltərə baş nazirinin Londondakı iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyasında həbslər baş verib. Bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.
“İctimai asayişi zorakılıqla pozmaq, fövqəladə hallar işçilərinə hücum etmək və aksiyanın şərtlərini pozmaq da daxil olmaqla hüquqpozmalara görə 100-dən çox şəxs saxlanılıb”, - deyə, məlumatda bildirilir.
Qeyd edildiyi kimi, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yüngül xəsarətlər alıb.
Sautport şəhərində 17 yaşlı yeniyetmənin rəqs dərsi zamanı uşaqlara bıçaqla hücum etdiyi faciədən sonra etirazçılar London küçələrinə çıxıblar. Altı ilə doqquz yaş arasında olan üç qız ölüb. Daha səkkiz uşaq yaralanıb. Britaniyalılar hadisəni miqrasiya siyasətinin problemləri ilə əlaqələndirirlər. Yerli media hücumçunun ailəsinin Ruanda soyqırımından xilas olmaq üçün İngiltərəyə qaçdığını bildirib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər