Bütün xəbərlər
Makronun ofis xərcləri onun büdcəsini 8,3 milyard avro ötüb
Tarix: 30-07-2024 23:39 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makronun ofisi 2023-cü ilin ilkin büdcəsindən 8,3 milyard avro çox xərcləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yelisey sarayı bunu dövlət başçısının təntənəli qəbullarının və xarici səfərlərinin artması ilə izah edib.
Ötən ilin sonunda Makronun ofisinin ümumi xərcləri 125,5 milyard avro təşkil edib, RİA Novosti Fransa Hesablama Palatasının məlumatlarına istinadən xəbər verir.
Prezidentin xaricə səfərləri büdcəyə 7,4 milyon avroya başa gəlib. Bu, 2022-ci illə müqayisədə 46,3% çoxdur. Ən bahalısı Makronun Okeaniyaya səfəri olub - 3,1 milyon avro. Afrikaya səfər 1,9 milyon avroya, Çinə isə 1,8 milyon avroya başa gəlib.
Hesabatda göstərilir ki, 2023-cü ildə Makron 171 qala-ziyafət təşkil edib və hər qonağa düşən xərclər 20,5% artıb. Böyük Britaniya kralı III Karlzın qəbulu ən çox Yelisey sarayına - 474 min avroya başa gəlib. Hindistanın baş naziri Narendra Modinin qəbulu üçün xərclər 412 min avro təşkil edib.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər