14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
"Sinaloa" kartelinin həmtəsisçisi və narkobaron Şortinin oğlu ABŞ hakimiyyətinə təslim olub
Tarix: 26-07-2024 10:27 | Bölmə: Dünya

Meksikanın “Sinaloa” narkokartelinin həmtəsisçisi İsmael El Mayo Zambada Qarsiya və Xoakin Şorti Qusmanın oğlu Xoakin Qusman Lopez ABŞ hakimiyyətinə təslim olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Adn40" radiostansiyasının məlumatına görə, El Mayo və Lopezin həbsi Federal Təhqiqat Bürosu tərəfindən təsdiqlənib.Bu, Texas ştatının sərhədyanı El Paso şəhərindəki özəl hava limanlarından birində baş verib.
Qeyd olunur ki, Şorti ilə birlikdə Sinaloa ştatında karteli quran 76 yaşlı El Mayo həyatı boyu heç vaxt hüquq-mühafizə orqanları tərəfindən yaxalanmayıb. Narkotiklərlə Mübarizə İdarəsinin məlumatına görə, El Mayo ABŞ-da fentanilin ən yaxşı ticarətçisidir. Ştatlarda Sambada qarşı mütəşəkkil cinayət və narkotik ticarəti ilə bağlı bir neçə iş açılıb.
ABŞ səlahiyyətliləri El Mayo ilə birlikdə Şortinin ikinci oğlu Xoakin Quzman Lopezi saxlayıb. Hazırda Şortinin narkotik kartelinin əməliyyatlarında iştirak edən daha iki oğlu və El Quano kimi tanınan qardaşı Aureliano azadlıqdadır. Mətbuatın yazdığına görə, o, qardaşları ilə kartel rəhbərliyinə meydan oxuyur.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər