12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
BMT: Qəzza zolağında təhlükəli poliovirusun yayılma riski yüksəkdir
Tarix: 23-07-2024 16:40 | Bölmə: Dünya

Qəzza sakinləri yeni təhlükə ilə üz-üzə qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sektorda poliovirus cVDPV2 aşkar edilib. Xan Yunis və Deyr əl-Balahda infeksiyanın olması artıq laboratoriyada təsdiqlənib.
"Poliovirusun yayılma riski yüksəkdir. Bu epidemiyaya cavab olaraq sürətli və optimal tədbirlər görmək lazımdır", - ÜST-nin fövqəladə hallara cavab qrupunun rəhbəri Ayadil Saberkov Cenevrədə keçirdiyi brifinqdə deyib.
Amerikalı ekspertlərin fikrincə, nümunələrdə müəyyən edilmiş təcridlər Misirdə dövriyyədə olan cVDPV2 ilə əlaqələndirilir. Mütəxəssislər bu poliovirus variantının ötən ilin sentyabrında Qəzzaya daxil ola biləcəyinə inanırlar.
"Bu, təcridlərdəki genetik dəyişikliklərlə sübut olunur"- ÜST nümayəndəsi deyib.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər