14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Traktor sürən fermerlər və ətraf mühit fəalları üsyan edir
Tarix: 20-07-2024 18:03 | Bölmə: Dünya

Fransanın La Roşel kommunasında etiraz aksiyası iğtişaşlara çevrilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbir kənd təsərrüfatı təsərrüfatları tərəfindən suvarma hövzələrinin tikintisi və torpaqların həddindən artıq istismarı probleminə həsr olunub.
Bu barədə Fransanın daxili işlər naziri Jareld Darmanin məlumat verib.
“La Roşeldə çoxlu sayda radikal ultra-solçu elementlər “nümayişlər” çərçivəsində əmlaka hücum edib və sadəcə olaraq bir supermarketi dağıdıblar”, – nazir X sosial şəbəkəsindən şəxsi hesabında yazıb. “Beş nəfər saxlanılıb. Bunun ətraf mühitin mühafizəsi ilə nə əlaqəsi olduğunu anlamaq çətindir”.
Aksiya dinc xarakterli elan olundu və əvvəlcə belə oldu. Lakin BFMTV kanalının məlumatına görə, aqressiv vətəndaşlar polis və jandarmlara şüşə və daş atmağa başlayandan sonra nümayiş toqquşmaya çevrilib.
Fransada iri suvarma hövzələrinin tikintisi, şəxsi fermerlərin fikrincə, onların vəziyyətini daha da pisləşdirəcək. Buna görə də hüquqlarını müdafiə etmək üçün nümayişlər keçirməyə başladılar.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər