Bütün xəbərlər
ABŞ ilk qabaqcıl "F-35" döyüş təyyarələrini qəbul etdi
Tarix: 20-07-2024 08:02 | Bölmə: Dünya

Üç qabaqcıl beşinci nəsil "F-35" qırıcıları Pentaqon tərəfindən qəbul edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Texnoloji Yeniləmə-3 (TR-3) konfiqurasiyasında ilk "F-35" təyyarəsinin tədarükü başlanıb”, - RİA Novosti ABŞ Müdafiə Nazirliyinin bəyanatından sitat gətirir.
Qeyd edildiyi kimi, iki "F-35A Lightning II" qırıcısı Alabama ştatındakı Dannelli Field Hərbi Hava Qüvvələri bazasında və biri Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında yerləşdiriləcək.
Pentaqon qeyd edib ki, qabaqcıl qırıcıların gələcək tədarükləri gözlənilir.

"F-35 Lightning II qırıcısı" Lockheed Martin hərbi-sənaye korporasiyası tərəfindən hazırlanıb.
Bundan əvvəl ABŞ müdafiə nazirinin müavini Uilyam LaPlante ABŞ-da

"F-35A Lightning II"nin tam miqyaslı istehsalına başlanıldığını açıqlamışdı.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər