Bütün xəbərlər
Banqladeşdə etirazçılar həbsxanaya hücum edərək yüzlərlə məhbusu azad ediblər
Tarix: 19-07-2024 19:15 | Bölmə: Dünya

Banqladeşi kütləvi etirazlar bürüdü, buna səbəb ölkədə hökumət işlərinə kvota sisteminin bərpası olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin mərkəzi rayonlarından birində Narsinqdidə tələbə etirazçılar həbsxanaya basqın edərək yüzlərlə məhbusu azad ediblər. Bundan sonra həbsxana binası yandırılıb.
RİA Novosti xatırladır ki, Banqladeşdə kütləvi toplantılar, mitinqlər və yürüşlər qadağandır. Bununla belə, paytaxt Dəkkədə etirazçılarla polis arasında toqquşmalar bir neçə həftədir ki, davam edir.
Ötən həftə Dəkkə Universitetinin kampusunda tələbələrin hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmasından sonra vəziyyət gərginləşib. Toqquşmalarda azı 6 nəfər həlak olub və hökumət ölkədəki bütün universitetlərin bağlanmasını tələb edib. Ümumilikdə, son məlumatlara görə, son vaxtlar iğtişaşlarda altmışdan çox insan həlak olub.
Kvota sistemi hökumət işlərinin 30%-ni Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində döyüşmüş veteranların ailə üzvlərinə ayırır. 2018-ci ildə tələbə etirazları kvotaların müvəqqəti olaraq ləğvinə səbəb oldu, lakin Banqladeş Ali Məhkəməsi 2024-cü ilin iyununda onları bərpa edib.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər