14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İsveç vətəndaşı İraqda 300 qram marixuanaya görə ölüm cəzasına məhkum edilib
Tarix: 05-07-2024 18:50 | Bölmə: Dünya

SVT xəbər verir ki, İraq hakimiyyəti 35 yaşlı İsveç vətəndaşını narkotik saxlamaqda ittiham edərək edam cəzasına məhkum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmin şəxsin Bağdadda saxlanıldığı və üzərindən 300 qram marixuana tapıldığı dəqiqləşdirilir. Lakin isveçlinin yaxınları və müdafiə tərəfi onun işgəncə altında etiraf etdiyini iddia edir.
Xatırladaq ki, iyulun 1-də İraqda daha bir İsveç vətəndaşının ölüm cəzasına məhkum edildiyi məlum olub. KİV-in məlumatına görə, o, Bağdadda da baş verən İsveç cinayətkar qruplaşmasının üzvlərindən birinin qətlində əli ola bilər.
İsveç Xarici İşlər Nazirliyi İraqın diplomatik nümayəndəsini çağıraraq hökmlə bağlı ona etiraz edib, həmçinin onu ölüm cəzasını icra etməməyə çağırıb.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər