14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Meksika "Beril" qasırğasına görə xəbərdarlıq səviyyəsini maksimuma qaldırıb
Tarix: 05-07-2024 06:14 | Bölmə: Dünya

Meksikada səlahiyyətlilər ölkənin Karib dənizi sahillərində "Beril" qasırğası ilə əlaqədar xəbərdarlıq səviyyəsini maksimum qırmızıya qaldırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin bir sıra bələdiyyələrində qırmızı həyəcan səviyyəsinin elan edilməsi barədə Kintana Roo ştatının qubernatoru Mara Lezama X sosial şəbəkəsində məlumat verib. Maksimal xəbərdarlıq səviyyəsinin bütün bələdiyyələrdə tətbiq ediləcəyi gözlənilir.
RİA Novosti xəbər verir ki, hazırda küləyin sürəti saatda 175 kilometrdən 215 kilometrə çatır.
Lesama vətəndaşları evdə qalmağa çağırıb.
Atlantik "Beril" siklonu Antil adalarını və Yamaykanı vurub, 8 nəfərin ölümünə və ciddi dağıntılara səbəb olub.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər