Bütün xəbərlər
"Bild": AfD siyasətçisi Essendə ona hücum edən nümayişçinin ayağını dişləyib
Tarix: 30-06-2024 16:03 | Bölmə: Dünya

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvü Stefan Hrdi dava zamanı ona hücum edən nümayişçini dişləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə partiyanın Essen şəhərində keçirilən qurultayının ilk günündə baş verib. Stefan Hrdi avtomobilindən düşən kimi etirazçılar tərəfindən mühasirəyə alınıb. Siyasətçi yerə yıxılıb, bundan sonra kiçik dava düşüb. "Bild" xəbər verir ki, polis Hrdini hücumçulardan azad etməli olub.
Stefan Hrdi jurnalistlərə deyib: "Kimsə məni arxadan təpiklədi, yıxıldım, sonra üç-dörd nəfər üstümə yığıldı. Sonra özünümüdafiə məqsədi ilə ayağını dişlədiyim adam daha əvvəl üzümə təpik vurmuşdu".
Bundan əvvəl Drezdendə Saksoniya regional parlamentinin sağçı “Almaniya üçün Alternativ” partiyasından olan deputatı Hans Yurgen Ziklerə hücum barədə məlumat yayılmışdı.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər