14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Boliviyada dövlət çevrilişinə cəhddən sonra üç hərbi lider saxlanılıb
Tarix: 27-06-2024 11:31 | Bölmə: Dünya

Boliviyada dövlət çevrilişinə cəhddən sonra üç hərbi lider saxlanılıb, general Xuan Xose Zuniqanın vəkili Conni Kastelo bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vəkil saxlanılanların adlarını açıqlayıb. Bunlar general Zuniqanın özü, Hərbi Hava Qüvvələri generalı Marselo Xavyer Seqarra və Boliviyanın vitse-admiralı Xuan Arnes Salvadordur. RİA Novosti xəbər verir ki, onlar artıq polis bölməsindədirlər.
La Paz şəhərinin sakinləri vağzal binasına toplaşaraq general Xuan Xose Zuniqanın həbs olunmasını tələb ediblər.
İyunun 26-da KİV hərbçilərin hökumət binalarının yerləşdiyi La Pazdakı Murillo meydanında cəmləşdiyi barədə məlumat yayıb. Hərbçilər prezident sarayına soxulmağa cəhd ediblər. Boliviya prezidenti Luis Arce ölkədə baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb. Bir çox xarici ölkələrin liderləri Prezident Arceni dəstəklədilər. Daha sonra o, ölkənin yeni hərbi rəhbərliyini təyin etdi. General Zuniqa həbs olundu.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər