14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Bundestaq üzvləri Olaf Şoltsun bu açıqlamasına cavab olaraq gülüblər
Tarix: 26-06-2024 19:30 | Bölmə: Dünya

Almaniya kansleri Olaf Şoltsun gələn ilin büdcə danışıqları ilə bağlı açıqlamasına Bundestaq üzvləri gülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, kollegial danışıqlar zamanı baş verib.
“Hökumətdə çox kollegial danışıqlar gedir...” Şolts parlamentdə hökumət bəyanatı zamanı deyib. Bu məqamda iştirak edən deputatların çoxu özünü saxlaya bilməyib, gülüb.
"Biz iyul ayında büdcə layihəsini təqdim edəcəyik"-Almaniya hökumətinin başçısı deyib.
Şoltsu ələ salmağa səbəb 2025-ci il üçün federal büdcənin səs-küylü müzakirəsi olub. Əvvəlcə onun işlənməsini iyulun 3-dək başa çatdırmaq planlaşdırılırdı, lakin ekspertlər hazırda bunun mümkün olmadığını deyirlər.
Bu məsələnin ləngiməsi onunla bağlıdır ki, bir çox nazirlər öz idarələri üçün büdcəni artırmaq istəyirlər. Bu baxımdan onlar “borc əyləci”nin yumşaldılmasını tələb edirlər. Hələlik tərəflər ortaq fikrə gələ bilməyib.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər