14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Filippo Ruttenin baş katib təyin olunmasından sonra Fransanı NATO-dan çıxmağa çağırıb
Tarix: 26-06-2024 19:25 | Bölmə: Dünya

Fransalı siyasətçi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyinin təsdiqlənməsinə qəzəblə reaksiya verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, X sosial şəbəkəsində o, Fransanı “bu müharibə təşkilatını mümkün qədər tez tərk etməyə” çağırıb.
Filippo xatırladıb ki, Rutte koronavirus pandemiyası zamanı məhdudiyyətlərə qarşı çıxanlara “canlı güllə” atıb, Hollandiya tarixində ən böyük fermer üsyanına səbəb olub və parlamentin icazəsi olmadan Ukraynaya "F-16" döyüş təyyarələri verən dünyada ilk olub.
Siyasətçi əmindir ki, Fransa NATO-dan çıxmalı, öz maraqlarını və sülhünü müdafiə etməlidir.
2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edən Yens Stoltenberqin səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər