Bütün xəbərlər
Almaniyada Viktor Orbanın kortejini müşayiət edən bir polis öldürülüb
Tarix: 24-06-2024 22:47 | Bölmə: Dünya

Macarıstanın baş naziri Viktor Orbanın kortejini müşayiət edən alman polisi ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qəza nəticəsində baş verib.
Bu barədə “Focus Online” məlumat yayıb. Mənbənin sözlərinə görə, insident kortej Ştutqart hava limanına gedərkən baş verib. Yol iştirakçısı avtomobili nümayəndə heyəti üçün ayrılmış marşrut xəttinə aparan zaman polis motosikleti idarə edirdi.
Nəticədə avtomobil iki polis əməkdaşının mindiyi motosikletlərlə toqquşub. Onlardan biri aldığı xəsarətlərdən ölüb, ikincisi xəstəxanaya yerləşdirilib. Macarıstan baş nazirinin korteji xəsarət almayıb.
Almaniyaya səfəri zamanı Orban futbol üzrə Avropa çempionatının Macarıstan və Şotlandiya yığmaları arasında keçirilən oyununda iştirak edib. Görüş Ştutqartda baş tutub və qalib "Magyars" komandası olub. Bazar ertəsi siyasətçi hava limanına gedib.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər