14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Almaniyanın vitse-kansleri Habek Çini Rusiyaya ixracı dayandırmağa çağırıb
Tarix: 23-06-2024 16:20 | Bölmə: Dünya

2023-cü ildə Çin və Rusiya arasında ticarət 40% artıb, Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya rəsmisi Pekini Moskva ilə ticarəti dayandırmağa çağırıb, "Financial Times" yazır. Habek Aİ ilə Çin arasında danışıqların tezliklə baş tutacağına ümid etdiyini bildirib. O, həmçinin əlavə edib ki, 38% olan Çin elektromobillərinə Avropa tarifi cəza deyil.
Bundan əlavə, Habek Çini Rusiya Federasiyasına ikili təyinatlı məhsulların tədarükünü məhdudlaşdırmağa çağırıb. Ticarət dövriyyəsinin artdığı 40 faizin 20 faizi məhz döyüş meydanında istifadə olunan mallardır.
İyunun 22-də alman nazir artıq təhdidlər edib. Daha sonra Habek bildirib ki, Pekin Rusiyanı dəstəklədiyi üçün iqtisadi nəticələrlə üzləşəcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər