14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Kanada hakimiyyəti Navalnının ölümü ilə əlaqədar ruslara qarşı yeni sanksiyalar tətbiq edib
Tarix: 19-06-2024 09:56 | Bölmə: Dünya

Kanada hökuməti Aleksey Navalnının ölümü ilə əlaqədar 13 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd edildiyi kimi, sanksiya siyahısına Rusiyanın polis, istintaq orqanları və penitensiar xidmətinin vəzifəli şəxsləri və əməkdaşları daxil edilib. Sanksiyalara Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz və Rusiya Federal Penitensiar Xidmətinin məhkumların cəmiyyətdən təcrid olunması ilə bağlı olmayan cəzaların icrasının təşkili departamentinin rəhbəri Yelena Korobkova da daxildir.
Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətinin məlumatına görə, iyunun 18-də Ottavada Kanada hökumətinin başçısı ilə Navalnının dul arvadı Yuliya arasında görüş keçirilib. TASS xəbər verir ki, onunla Kanadanın xarici işlər naziri Melani Coli də görüşüb.
Bu il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə FSIN şöbəsi Aleksey Navalnının koloniyada öldüyünü elan etdi. Gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər onu 30 dəqiqədən çox canlandırmağa çalışıblar.




Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər