Bütün xəbərlər
CENTCOM: Husilərin raketləri Ədən körfəzində iki yük gəmisini zədələyib
Tarix: 10-06-2024 08:53 | Bölmə: Dünya

Yəmən husilərinin hücumu nəticəsində konteyner gəmiləri zədələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yəmənin Ənsar Allah hərəkatının husiləri son 24 saat ərzində Ədən körfəzindəki gəmilərə bir neçə raket zərbəsi endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Son 24 saat ərzində İranın dəstəklədiyi husilər Yəmənin nəzarət edilən ərazilərindən Ədən körfəzinə doğru iki gəmi əleyhinə ballistik raket atıblar. Bir ballistik raket Liberiya bayrağı altında üzən "Tavvishi" konteyner gəmisinə düşüb".
Bundan əlavə, Antiqua və Barbuda bayrağı altında yerləşən "Norderney" konteyner gəmisinə iki raket düşüb. Zərərlərə baxmayaraq, hər iki gəmi hərəkətdə qaldı, CENTCOM bildirib.
Bundan əvvəl husilər Qırmızı dənizdə Britaniyanın "HMS Diamond" hərbi gəmisinə hücum etdiklərini bildirmişdilər. Birbaşa zərbənin qeydə alındığı iddia edilir.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər