Bütün xəbərlər
Şimali Koreya Cənubi Koreyaya 310-a yaxın zibil balonu göndərib
Tarix: 10-06-2024 08:44 | Bölmə: Dünya

Şimali Koreya Cənubi Koreyaya zibil balonları göndərməkdə davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şimali Koreya iyunun 10-na keçən gecə Cənubi Koreya sərhədindən zibillə dolu 310-a yaxın şar göndərib. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusunun məlumatına istinadən məlumat yayıb.
Göstərildiyi kimi, şarların bu partiyasında tullantı kağız və plastik var idi.
Şimali Koreya son 24 saat ərzində Cənubi Koreyaya doğru 330-a yaxın zibil balonunu havaya atıb.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər