Bütün xəbərlər
Güclü yağışdan sonra Avstriyanın bir neçə bölgəsini daşqınlar bürüdü
Tarix: 09-06-2024 12:37 | Bölmə: Dünya

İyunun 8-də yağan güclü leysandan sonra Avstriyanın cənub-şərqində yerləşən Ştiriya federal əyaləti daşqınlarla üzləşib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində İbelbax çayı məcrasından çıxıb. Yerli OE24 telekanalının "Wetter" portalı xəbər verir ki, həyəcan təbili çalınması Deutschfeistritz, Eggersdorf, Weinitzen icmalarına, eləcə də Qraz rayonlarının bəzi hissələrinə şamil edilir.
Deutschfeistritz icmasında sel evlərin arasında qalmış avtomobilləri yuyub aparır. İbelbax icmasında su A9 avtomobil yolunu bağlayıb. Havaların pisləşməsi ilə əlaqədar Ştiriya hakimiyyəti ölkə vətəndaşlarını və qonaqlarını evlərin zirzəmilərində və su anbarlarının sahillərində qalmamağa çağırıb.
Ölən və ya yaralananlar barədə hələlik məlumat verilmir.




Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər