Bütün xəbərlər
Çexiyada qatarın toqquşması nəticəsində 4 nəfər ölüb
Tarix: 06-06-2024 09:02 | Bölmə: Dünya

Çexiyada qatar qəzası baş verib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pardubicedə gecə yarısı gecə ekspressi yük qatarı ilə toqquşub. Dörd nəfər həlak olub, onlarla insan yaralanıb. Bu barədə iDNES xəbər portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Çexiyanın baş naziri Petr Fiala X sosial şəbəkəsindəki səhifəsində hadisə ilə bağlı yazıb: “Qurbanların bütün yaxınlarına səmimi başsağlığı verirəm”.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bundan əvvəl İndoneziyada iki qatarın toqquşması nəticəsində 3 nəfər həlak olub.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər