Bütün xəbərlər
Myanmada uşaqlar terror aktından sonra bomba taparaq müəllimlərinə gətiriblər: 1 ölü, 23 yaralı
Tarix: 04-06-2024 22:12 | Bölmə: Dünya

Myanmanın cənubunda ibtidai məktəbdə partlayış baş verib, bir uşaq ölüb. Daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti Sinxua agentliyinə istinadən yazır. Mənbənin sözlərinə görə, uşaqlar məktəb ərazisində əvvəlki terror aktından qalan bomba tapıblar.
Şagirdlər partlayıcı qurğunu müəllimə gətiriblər. Bildirilir ki, bir anda bomba yerə düşüb partlayıb.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər