14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Hindistanda istidən bir gündə ən azı 85 nəfər ölüb
Tarix: 01-06-2024 15:37 | Bölmə: Dünya


Hindistanın şimalında və şərqində son 24 saat ərzində baş verən istilər nəticəsində azı 85 nəfər ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Odişa, Bihar, Carkhand, Racastan və Uttar Pradeş ştatlarında ölümcül istilər qeydə alınıb.
Ən çox ölüm halları Hindistanın şərq sahillərində, yüksək rütubətin isti vəziyyəti daha da ağırlaşdırdığı Odişada qeydə alınıb: burada 46 nəfər istidən ölüb, daha bir neçə onlarla insan xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilər istilik qurbanlarının müalicəsi üçün hər xəstəxanada altı çarpayı ayırıblar.
"Hindustan Times" xəbər verir ki, Hindistanın şimal-şərqindəki Bihar ştatında 16 nəfər ölüb və onlarla insan xəstəxanaya yerləşdirilib. Uttar Pradeş 15 ölüm, Jharkhand və Racastan isə hər biri 4 ölüm olduğunu bildirdi.
Ölənlər arasında seçki məntəqələrini hazırlayan bir çox seçki rəsmiləri də var. Şənbə günü Hindistanda ümumi parlament seçkilərinin yekun mərhələsi keçirilib.
Hindistanın şimal və bəzi şərq bölgələrində havanın temperaturu yüksək olaraq qalır və gün ərzində 45 dərəcəyə çatır.






Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər