14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Şor: "Moldovada prezident seçkilərində müxalifətin qalib gəlmək şansı 100 faizdir"
Tarix: 31-05-2024 12:45 | Bölmə: Dünya

Moldova müxalifətinin lideri İlan Şor bildirib ki, qarşıdan gələn prezident seçkiləri qanun pozuntusuna yol verilmədən keçirilərsə, müxalifətin qalib gəlmək üçün “yüz faiz şansı” var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “RİA Novosti”yə müsahibəsində o, müxalifətin uğurunun tamamilə seçki prosesinin ədalətli keçirilməsindən asılı olduğunu vurğulayıb. Builki seçkilərdə iştirakı ilə bağlı suala Şor mənfi cavab verib, yaş məhdudiyyətlərini əsas gətirib - onun hələ 40 yaşı yoxdur. Bununla belə, siyasətçi növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırdığını qeyd edib.
Müxalifətçi Moldovada müxalifət partiyalarının prezident seçkilərində vahid namizəd irəli sürmək üçün danışıqlar apardığını, lakin yekun qərarın hələ verilmədiyini bildirib. Bundan əvvəl Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bu məsələ ilə bağlı müzakirələrin davam etdiyini bildirmişdi.
Moldova prezidenti Maia Sandu dekabrın 24-də ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bundan əlavə, o, vətəndaşların ölkənin Avropa İttifaqına daxil olması məsələsinə münasibət bildirə bilməsi üçün referendum keçirilməsini təklif edib. Bu referendum prezident seçkiləri ilə eyni günə - 2024-cü il oktyabrın 20-nə təyin edilib.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər