14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Slovakiyanın baş naziri Fiko evdə müalicə olunmaq üçün Bratislavaya aparılıb
Tarix: 31-05-2024 12:13 | Bölmə: Dünya

Banska Bystrica xəstəxanasından verilən məlumata görə, sui-qəsd cəhdindən sonra ağır yaralarla xəstəxanada olan Slovakiyanın baş naziri Robert Fiko evə buraxılıb və sağalmaq evində davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı RTVS portalının mənbələrə istinadən yazdığına görə, Robert Fiko sui-qəsddən sonra olduğu Banska Bystrica xəstəxanasından Bratislava Müqəddəs Mixail Xəstəxanasına aparılıb. Bəzi nəşrlər Fikonun evə buraxıldığını qeyd edib.
Cümə günü Banska Bystrica xəstəxanasının həkimləri Slovakiyanın baş nazirinin "artıq evdə müalicə aldığı" məlumatını təsdiqlədilər. Onların sözlərinə görə, Fiko Bratislavadakı evindədir.
Mayın 15-də Fikonun həyatına sui-qəsd 71 yaşlı yazıçı və müxalifətçi Juraj Çintula tərəfindən edilib. Slovakiyanın baş naziri ağır yaralarla xəstəxanaya yerləşdirilib; sonradan həkimlər Fikonun vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər