14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Aİ Macarıstanın baş naziri Orban üçün cəza hazırlayır
Tarix: 30-05-2024 13:00 | Bölmə: Dünya

Avropa İttifaqının bir sıra ölkələrinin başçıları Macarıstanın baş naziri Viktor Orbanı Ukrayna ilə bağlı tutduğu mövqeyə görə Avropa Komissiyasında (AK) Macarıstan üzrə nüfuzlu vəzifələrin sayını azaltmaqla cəzalandırmaq niyyətindədirlər, Avropanın "Politico" nəşri xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ-nin hesab etdiyinə görə, Macarıstan üçün Aİ-də mühüm postların saxlanılmasından söhbət gedə bilməz. Xüsusilə, Aİ macar diplomat Oliver Varhelinin Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa Komissarı vəzifəsinə yenidən təyin olunmasına icazə verməyəcək.
Dəfələrlə Orban tərəfindən tənqid edilən AK rəhbəri, həkim-ginekoloq Ursula fon der Leyen də Macarıstanın Aİ-də təmsilçiliyinin azaldılmasının tərəfdarıdır.
Orban ümid edir ki, Qərb Ukraynaya qoşun yeritməkdən və Rusiyadakı hədəfləri vurmaq üçün istifadə oluna biləcək silahları Kiyevə ötürməkdən çəkinəcək. Macarıstan dəfələrlə Aİ vasitəsilə Kiyevə hərbi yardım tranşlarının ayrılmasına mane olub.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər