Bütün xəbərlər
Qilermo Frankos Argentinanın baş naziri olacaq
Tarix: 28-05-2024 11:15 | Bölmə: Dünya

Argentina prezidentinin saytı xəbər verir ki, istefa verən Nikolas Possenin yerinə Argentina Daxili İşlər Nazirliyinin rəhbəri Qilyermo Frankos ölkənin yeni baş naziri olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu arada Daxili İşlər Nazirliyi nazirlik statusunu itirəcək və Frankosun rəhbərliyi altında katibliyə çevriləcək.
Hökumət dəyişikliyi Argentina prezidenti Xavyer Mayli administrasiyasının parlamentlə işləməkdə üzləşdiyi çətinliklərlə əlaqədar baş verib. Miley 2023-cü il dekabrın 10-da vəzifəsinin icrasına başlayıb, lakin indiyədək islahatlar paketini parlamentdən keçirə bilməyib.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər