Bütün xəbərlər
Lion metrosunda kişi bıçaqla sərnişinlərə hücum edib
Tarix: 26-05-2024 20:48 | Bölmə: Dünya

Lion metrosunda naməlum şəxs bıçaqla sərnişinlərə hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bıçaqla silahlanmış cinayətkar Lionun 7-ci rayonundakı Jan-Jaures stansiyasında insanlara hücum edib. O, dörd nəfəri yaralaya bilib, onlardan ikisinin vəziyyəti çox ağırdır.
TASS xəbər verir ki, Lion şəhərinin meri Məhəmməd Şii polisin cinayətkarı saxladığını açıqlayıb. Şəhər rəhbərliyi hadisənin başqa təfərrüatlarını hələlik açıqlamayıb.




Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər