14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Beynəlxalq Ədalət Məhkəməsi İsrailə Rəfahdakı hərbi əməliyyatı dayandırmağı əmr edib
Tarix: 24-05-2024 20:24 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam bildirib ki, təşkilat İsrail ordusunu Rəfahdakı xüsusi əməliyyatı dayandırmağa məcbur edir.
“İsrail soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq... Rəfahdakı hərbi hücumu və digər hərəkətləri dərhal dayandırmalıdır”, - deyə, Salam, İsrailə qarşı əlavə tədbirlərlə bağlı qərarını elan edib.
O, həmçinin vurğulayıb ki, İsrail ordusunun hərəkətləri Fələstin xalqının fiziki məhvinə səbəb ola bilər.
Mayın 16-17-də Haaqa Beynəlxalq Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı yeni tədbirlərin görülməsi tələbi ilə bağlı dinləmə keçirilib. Cənubi Afrika nümayəndəsi Visumuzi Madonsela məhkəməni İsraildən Qəzza zolağında hərbi əməliyyatı dayandırmağı tələb etməyə çağırıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər