Bütün xəbərlər
İraqda kamikadzeli iki terrorçu güllələnib
Tarix: 22-05-2024 19:32 | Bölmə: Dünya

İraqın qərbində terrorçuluqda şübhəli bilinən iki nəfər güllələnib, nəticədə bir təhlükəsizlik əməkdaşı ölüb, digəri isə yaralanıb, ölkənin xəbər xidməti bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edənlər Suriya səhrasında, Ənbar vilayətində yerləşən Rutba şəhərinin cənubunda tapılıb. Şübhəlilərdən birinin üzərində intihar kəməri olub.
Əhalisinin sayı 30 min nəfəri keçməyən Əl-Rutbah İraqın “ən təcrid olunmuş şəhəri” hesab olunur, çünki o, digər məskunlaşan məntəqələrdən xeyli aralıda yerləşir, lakin eyni zamanda onu birləşdirən avtomobil yolu ilə strateji əhəmiyyətə malikdir. Ordan Bağdad və İordaniya Əmmanı keçir.




Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər