Bütün xəbərlər
Aİ liderləri Brüsseldə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsini müzakirə edəcəklər
Tarix: 19-03-2024 22:24 | Bölmə: Dünya

Martın 21-22-də Brüsseldə keçiriləcək sammitdə Aİ liderləri Fransa lideri Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını müzakirə edə bilərlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müzakirələr bağlı qapılar arxasında aparılacaq və ictimaiyyətə açıqlamalar nəzərdə tutulmur.
Bu barədə çərşənbə axşamı yüksək səviyyəli Avropa mənbəsi məlumat yayıb. Onun sözlərini RİA Novosti sitat gətirir.
İnformator əlavə edib ki, görüşdə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı məsələlər qaldırılmayacaq. Əvəzində sammit iştirakçıları Kiyevə təcili və intensiv dəstəyin lazım olduğunu elan edəcəklər.
Xüsusilə, anti-Rusiya sanksiyaları və Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək üçün necə istifadə edilməsi məsələləri müzakirə olunacaq.
Lakin sammitin sonunda yekun qərarların qəbulu gözlənilmir.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər