22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fransa dünyada abort hüququnu öz konstitusiyasında təsbit edən ilk ölkə oldu
Tarix: 04-03-2024 22:58 | Bölmə: Dünya

Fransa parlamenti ölkə konstitusiyasına qadınların abort hüququnu təsbit edən maddənin daxil edilməsini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məsələ martın 4-də parlamentin hər iki palatasının birgə iclasında - qurultayda həllini tapıb. Konstitusiyaya istənilən dəyişikliyi müzakirə etmək üçün çağırılır. Dəyişikliklərin qəbul edilməsi üçün qanunvericilərin ümumi sayının beşdə üçü onlara səs verməlidir. Abort hüququ ilə bağlı qərarın lehinə 780 deputat, əleyhinə isə cəmi 72 deputat çıxış edib.
İndi Fransa konstitusiyasına aşağıdakı maddə əlavə olunacaq: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”.
Beləliklə, Fransa dünyada bu hüququ ən yüksək qanunvericilik səviyyəsində qanuniləşdirən ilk ölkə oldu, RİA Novosti qeyd edir.
Statistikaya görə, 2022-ci ilin sonunda ölkədə İkinci Dünya Müharibəsindən bəri ən aşağı doğum səviyyəsi qeydə alınıb. Abortların sayı isə əksinə artaraq 234 min səviyyəsinə çatıb. Bu rəqəm son 33 ilin rekordu idi.




Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər