22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Aİ səfirləri Ukraynaya 50 milyard avro yardım ayrılması barədə razılığa gəliblər
Tarix: 15-02-2024 13:08 | Bölmə: Dünya

Avropa İttifaqı ölkələrinin diplomatları Kiyevə 50 milyard avro məbləğində yardımın ayrılması prosedurunu tənzimləyən sənədləri razılaşdırıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Financial Times" yazıb.
Qəzetin yazdığına görə, bu sazişlər indi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Martın əvvəlində Ukraynanın vəsait almağa başlaması planlaşdırılır.
Aİ liderləri fevralın 1-də Kiyev üçün 2024-2027-ci illər üçün nəzərdə tutulmuş 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardım proqramını təsdiqləyiblər. "Reuters"-in məlumatına görə, Brüssel 2023-cü ilin dekabrında paketə veto qoyan Macarıstanın baş naziri Viktor Orbanın şərtləri ilə razılaşıb.
Macarıstanın baş naziri təkid edib ki, Kiyevin maliyyələşdirməsi hər il nəzərdən keçirilməlidir və Budapeşt üçün dondurulmuş vəsait bu məqsədlərə xərclənməyəcək.
FT daha əvvəl bildirmişdi ki, Macarıstanın mövqeyi Aİ səfirlərinin Rusiya, Çin və digər ölkələrin şirkətlərinə qarşı yeni sanksiyalar paketini təsdiqləməsinə mane olub.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər