22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ Konqresi Milad bayramına qədər Ukrayna və İsrailə yardımı təsdiqləməyə ümid edir
Tarix: 19-11-2023 21:42 | Bölmə: Dünya

ABŞ Konqresi Ukrayna və İsrailə dəstəyi ilin sonuna kimi təsdiqləyəcəyini gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hər iki palatanın Milad günündən, dekabrın 25-dən gec olmayaraq prezident Co Baydenin tələbini təsdiqləyəcəyi gözlənilir.
Bu barədə Amerikanın NBC telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Konqres liderlərinin 2024-cü ilin sonuna qədər Kiyev və Qüdsə yardım, eləcə də ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün vəsaitin ayrılması barədə qərar qəbul edəcəyi gözlənilir.
ABŞ Senatındakı Demokratik Əksəriyyətin lideri Çak Şumer bildirib ki, həm Demokratlar, həm də Respublikaçılar iki ölkəyə yardımın təsdiqlənməsinə əhəmiyyət verirlər. “Ümid edirəm ki, tərəflərdən heç biri təkid etdiyinə nail olmasa belə, razılığa gələ biləcəyik”, - deyə, siyasətçi bildirib.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Ukraynaya yeni hərbi yardım paketi ilə bağlı qərar 2024-cü ilə qədər ola bilər. Agentliyin həmsöhbətinin sözlərinə görə, qərarın gözlənilməsi ilə əlaqədar Vaşinqton artıq Kiyevə hərbi yardımı məhdudlaşdırmağa başlayıb.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər