19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Tramp Rusiya prezidentinin iqamətgahına hücum barədə şəxsən Putindən xəbər tutub
Tarix: 30-12-2025 00:04 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampı Novqorod vilayətindəki iqamətgahına Ukraynanın hücumu barədə şəxsən məlumatlandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti jurnalistlərə bildirib.
Tramp vurğulayıb ki, Ukrayna silahlı qüvvələrinin Rusiya prezidentinin iqamətgahına dronlarla hücum cəhdi onu çox qəzəbləndirib.
"Bu barədə səhər xəbər tutdum. Bilirsən kim mənə xəbər verib? Prezident Putin bu barədə səhər tezdən mənə danışıb. O, hücuma məruz qaldığını deyib. Bu, pisdir", - deyə, Tramp bildirib.
Bundan əlavə, Amerika lideri hücumu səhv adlandırıb və əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri "bunu etməməli idilər".
"Özlərini müdafiə etdikləri üçün özlərini müdafiə etmək bir şeydir. Onun evinə hücum etmək isə başqa bir şeydir", - deyə, Tramp bildirib.
O, həmçinin bildirib ki, Kiyevin Putinin iqamətgahına zərbə endirməsi pis bir inkişaf olacaq.
29 dekabr gecəsi Kiyev rejimi Novqoroddakı Rusiya prezidentinin iqamətgahına 91 pilotsuz uçuş aparatından istifadə edərək hücum etməyə cəhd edib. Bütün dronlar ələ keçirilib.Tələfat və ya ziyan barədə məlumat verilməyib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər