Bütün xəbərlər
50-dən çox ölkə İsrailin Somalilandın müstəqilliyini tanımaq qərarını bəyənməyib
Tarix: 27-12-2025 11:07 | Bölmə: Dünya

İsrail hökumətinin özünü elan etmiş Somaliland Respublikasının müstəqilliyini tanımaq qərarı Türkiyə, Misir, Somali, Cibuti və Afrika Birliyi Komitəsinin təxminən 50 ölkəsi tərəfindən pislənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Somaliland, ölkənin şimal-qərb hissəsində, Qırmızı dəniz sahillərində yerləşən Somalinin muxtar bölgəsidir. 1991-ci ildə ərazi birtərəfli şəkildə müstəqillik elan edib.
Misir Xarici İşlər Nazirliyi öz veb saytında qeyd edib ki, "Müstəqilliyin tanınması təhlükəli bir presedentdir".
İsrail Somalilandın müstəqilliyini tanıyan ilk ölkə olub. İsrail xarici işlər naziri Gideon Saar və Somaliland prezidenti Abdirahman Məhəmməd Abdullahi birgə bəyannamə imzalayıblar.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər