Bütün xəbərlər
Tramp Putinlə yaxşı və məhsuldar telefon danışığı keçirdiyini bildirib
Tarix: 28-12-2025 21:27 | Bölmə: Karusel

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yaxşı və məhsuldar telefon danışığı keçirdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp bu barədə sosial media hesabı Truth Social-da məlumat verib.
ABŞ Prezidenti sosial media səhifəsində yazıb: "Zelenski ilə görüşümdən əvvəl Rusiya Prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu".
ABŞ Prezidenti Donald Tramp və Kiyev Prezidenti Vladimir Zelenski tezliklə Floridada görüşəcəklər. Danışıqlar Amerika liderinin Mar-a-Laqo iqamətgahının yerləşdiyi Palm Biçdə keçiriləcək.
ABŞ danışıqlar qrupunun heç bir nümayəndəsi Zelenski Mayamiyə gəldikdən sonra onunla görüşməyib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər