19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Medvedev: "Zelenski ömrünün sonuna qədər gizlənməli olacaq"
Tarix: 30-12-2025 00:07 | Bölmə: Manşet

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin ömrünün sonuna qədər gizlənməli olacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Medvedev bunu sosial media saytı X-dəki səhifəsində yazıb və qeyd edib ki, Zelenski Ukrayna məsələsinin həllinin qarşısını almaq üçün əlindən gələni edir.
"(Zelenski) münaqişənin həllini sabotaj etməyə çalışır. İndi, ən azından, o, ömrünün sonuna qədər gizlənməli olacaq", - deyə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot hesab edir ki, Kiyev rejimi Ukraynadakı sülh prosesini sabotaj etmək üçün Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etməyə cəhd edib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər