Tarix: 29-12-2025 19:13 | Bölmə: Mədəniyyət

Ona nənəsi Almaxanımın adını veriblər. Çünki nənə Almxanım ən yüksək keyfiyyətlərə, nəcib sifətlərə malik bir xanım idi və onu tanıyanlar ona “El anası” da deyirdilər. Nənə Almaxanınım qəlbi bu dünyadan da geniş idi, o, zəngin mənəviyyatında dini, milli-mənəvi dəyərləri daşıyan bir xanım idi və onu tanıyan hər kəs onu əməlisaleh, xeyirxah, təqva sahibi, mömin, olduqca işıqlı bir xanım kimi xatırlayıb rəhmət oxuyur.
“Almaxanım” qədim türklərdə qəhrəman qadın, qəhrəman qız anlamına gəlir və ümumtürk ulusunun simvolu da “Qızıl Alma” olub. İndi də nənəsinin adını şərəflə daşıyan Almaxanım onu həddindən artıq sevən insanların gözündə bir “Qızıl Alma”dır, musiqi meydanında isə bir qəhrəmandır. Özü də elə bir qəhrəmandır ki, çox gənc olmasına baxmayaraq səsi-sorağı vətən sərhədlərindən çox-çox uzaqlardan gəlir.
Almaxanımın ata babası, Mahmud-Mikayıl 1941-1945 müharibəsinin qazisi olub, müharibədən qayıdanda sinəsində 25 dənə orden-medal varmış. Anasının atası Namus ticarətçi idi. Anasının anası Validə xanım isə yazıçıdır, bir neçə melodrama janrında romanın müəllifidir ki, romanları ictimayyət tərəfndən çox böyük sevgiylə qarşılanır. Almaxnımın anası Səbinə filologiya elmləri doktorudur, illərdir Məhəmməd Füzuli adına Əlyazmalar İnsitutunda mətnşünas alim kimi çalışır. Bir neçə elmi tədqiat əsərinin, monoqrafiyanın, çox sayda elmi məqalələrin, oçerklərin müəllifidir. Almaxanımın qardaşı Hüseyn Kooperasiya Universitetini bitirib, illərdir Badamdar Bələdiyyəsində yüksək vəzifədə çalışır.
Almaxanımın həyat yoldaşı Murad Lənkəranda çox nüfuz qazanmış pak, təmiz, insani xüsusiyyətləri ilə nümunə olan bir nəsildəndir. Yeniyetmə ikən cavan atasını itirən Murad öz nəcibliyi, gözəl əxlaqı və işgüzarlığı ilə tay-tuşlarından fərqlənir. Muradın qardaşı Xalid də yüksək mədəniyyəti, tərbiyəsi, əməksevərliyi ilə bir nümunədir. Muradın anası isməti və iffəti ilə çoxuna örnək olan Südabə xanım həyat yoldaşını itirəndən sonra necə deyərlər kipliyi ilə od götürüb, min əzaba qatlaşıb iki yeniyetmə oğlunu böyüdüb, onlara olduqca gözəl tərbiyə verib, oxutdurub.
Almaxanımın bibiləri Çeşmi, Zita dünyalarını dəyişiblər. Belə ki, onlar da işgüzarlığı, zəhmətkeşlikləri, insani xüsusiyyətləri ilə fəqqləniblər. Bibisi Afət də rəhmətlik bacılarından geri qalmayan milli-mənəvi dəyərləri əziz tutan, eyni zamanda yüksək intellektə malik, dünyagörüşü olduqca geniş bir xanımdır.
Almaxanımın əmisi Əhməd bir zamanlar Fizika İnsitutunda hər ay bir aqriqat dəzgah ixtira edən, heyrətamiz elmi fəhmə malik bir ziyalıdır. Əmisi Mövsüm Əhməd isə yazıçı-dramaturqdur, eyni zamanda həvəskar bəstəkardır, belə ki, bir çox məhşur müğənnilər onun mahnılarını ifa edibər.
Almaxanımın atası Vüqar Əhmədi isə yəqin ki, təqdim etməyə ehtiyac yoxdur. Şöhrəti vətəndən çox-çox uzaqara yayılan Vüqar Əhməd Azərbaycan xallqı tərəfindən çox sevilib, beləki onu nəğməkar şair adlandırırlar və onlarla mahnısı xalqın dilinin əzbəri olmaqla yanaşı müğənnilərin repertuarından düşmür. Bir alim kimi isə onlarla ölkənin Elmlər Akademiyasının həqiqi üzvüdür, Beynəlxalq konfranslarda iştirak edir, həmişə də bu konfranslardan Azərbaycan elminin təmsilçisi kimi üzü ağ, alnı açıq qayıdır və təsadüfü deyil ki, bu yaxınlarda Asiya Elmlər Akademiyasına üzv seçilib, eyni zamanda orda vəzifə alıb. Onu da qeyd edək ki, onun Asiya Elmlər Akademiyasına üzv seçilməsindən ötrü 52 ölkədən 130 alim səs verib.
Almaxanım 2014-cü illərdə S.C, Pişəvəri adına Humanitar Fənnlər Gimnaziyasında təhsil alıb, 2017-ci ildə M.Ə.Sabir adına orta məktəbi əla qiymətlərlə bitirib. Eyni zamanda 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin “Muğam” şöbəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fkültəsinə daxil olub, 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistatura pilləsinə daxil olaraq 2023-cü ildə magistaturanı da fərqlənmə diplomu ilə bitirib
2017-ci ildə iyun ayının 2-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin baş mükafatçısı olmuş və “Qran Pri” mükafatı ilə təltif edilmişdir. Müsabiqə zamanı oxuduğu muğam dəstgahları teleradionun “qızıl fondu”nda saxlanır.
Əsasən tarın 22 pərdəsini ehtiva edən heyranedici səsilə hər kəsi heyrətə gətirən əməkdar artist Təyyar Bayramovdan muğam dərsləri alan Almaxanım, 2023-cü ilin oktyabr ayıında ABŞ-ın Kaliforniya, eyni zamanda Karolina ştatlarında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə solo konsetlər verib və heyrətamiz tamaçaçı sevgisi qazanıb. Almaxanımın uğurlarını, nəaliyyətlərini saymaqla bitirmək olmaz. Onun musiqi meydanı bir tərəfdən Orta Asiyadan Amerika Birəşmiş Ştatlarına, o biri tərəfdən Pakistandan qardaş Türkiyəyə qədər uzanır. Gözəl avazına, bənzərsiz ifasına qulaq asan hər kəs onun səsinə valeh olur, bu ecazkar səsi dinlədikcə dinləmək istəyir. Bəli, Almaxanım həqiqətən də bir möcüzədir, səsi şəffaf bir bulaq suyu qədər təmiz, ifası səhvsiz, xətasız, möhtəşəmdir. O, bir fitri istedaddır ki, belələri milyarddan bir olur. Bu yerdə Almaxanımın əmisi Mövsüm Əhmədin Almaxanıma həsr etdiyi şeir yada düşür:
Adı Almaxanımdır, səsi şirin almadan,
Hər dinləyən zövq alır, bu füsunkar ifadan.
Qəlbimiz həzinlənir, dinlədikcə o səsi,
Yaddaşlara həkk olur, hər bənzərsiz nəğməsi.
Yaşadır nənəsinin adını iffət ilə,
Paklığla, ləyaqətlə, ədəb, mərifət ilə.
Nəslin yeni tövhəsi, gözəllik dünyasıdır,
Ocağın pərvanəsi, əcdadın mirasıdır.
Bir zamanlar Azərbaycanın qüdrətli sənətkarı Rəşid Behbudov dünyanın əksər xalqlarının mahnılarını qüsursuz ifa edirdi. Belə ki, onu dinləyənlər onun həmin xalqın nümayəndəsi olduğunu düşünürdülər. Almaxanımda da bu cür məziyyətlər vardır. O, dünyanın bir neçə xalqının; türk, ərəb, fars, ingilis mahnarını o qədər nöqsansız və böyük sevgilə ifa edir ki, bu xalqların nümayəndələri onu dinləməkdən doymur, eyni zamanda bu cür misilsiz ifaya təəcüblərini də bildirirlər. Bu səbəbdən də təsadüfü deyil ki, Amerika Birləşmiş Ştatlarının yeddi, Avropanın dörd televiziyasında ifaları yayımlanır.
Almaxanım hələ yeniyetmə yaşlarından Azərbaycanın ən görkəmli muğam ustaları Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Niyaməddin Musayev və s. tərəfindən yüksək dəyərləndirilib, gənclik çağına qədəm qoyandan xalq tərəfindən inanılmaz dərəcədə sevilib.
Əsas isə odur ki, Almaxanımı qədirbilən xalqı inanılmaz dərəcədə sevilir. Bunu da qeyd edək ki, Uca Allah bir neçə ay bundan qabaq Almaxanıma iki şirin-şəkər, Kamal və Camal adlı əkiz övladlar bəxş edib. Bu da öz növbəsində Almaxanımda yaşama, yaratmaq şövqünü qat-qat artırıb və biz inanırıq ki, milyonların sevimlisi olan Almaxanım bundan sonra hələ uzun illər öz bənzərsiz, həzin, fövqəladə səsilə hər kəsi feyziyab edəcək, qəlbləri oxşayacaq, ruhlara su çiləyəcək.
Yazıçı-dramaturq Mövsüm Mahmudoğlu
Baxış sayı: 215
Bölməyə aid digər xəbərlər













