Bütün xəbərlər
"Berliner Zeitung": Merz Rusiya aktivləri ilə bağlı fikirlərinə görə AB Zirvəsində təcrid olunub
Tarix: 20-12-2025 23:38 | Bölmə: Dünya

"Berliner Zeitung" mənbələrə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Avropada dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair sərt mövqeyinə görə son AB sammitində özünü təcrid olunmuş vəziyyətdə tapıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzetin məlumatına görə, Merzin nüfuzu ciddi şəkildə sarsılıb və o, Avropa liderləri arasında təcrid olunub. Almaniya kanslerinin dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsü uğursuz olub və bu, Merzin həm Avropa səhnəsində, həm də Almaniya daxilində nüfuzuna təsir edib.
"Berliner Zeitung" qeyd edir ki, alman siyasətçi ilə bağlı vəziyyət Berlinin Ukraynaya əlavə maliyyə yardımı mexanizmləri ilə bağlı danışıqlardakı mövqeyini zəiflədib.
Avropa Şurasının prezidenti António Kostanın bildirdiyi kimi, AB üzv dövlətləri 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro maliyyə yardımı ayırmaq barədə razılığa gəliblər. Daha sonra "Financial Times" qəzeti Belçikanın Rusiya aktivlərinin müsadirə edilməsi risklərini ödəmək üçün limitsiz maliyyə zəmanətləri tələb etməsi səbəbindən Aİ liderlərinin yaxın gələcəkdə Rusiya aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul etmədiklərini bildirdi.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər