Bütün xəbərlər
Rutte Polşanın ordusunu 300.000 əsgərə çatdırmaq planını dəstəklədi
Tarix: 18-12-2025 23:31 | Bölmə: Dünya

Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte Polşanın ordusunu 300.000 əsgərə çatdırmaq planını dəstəkləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rutte bu açıqlamanı Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamışla görüşündə verib.
"Polşa getdikcə hərbi cəhətdən güclənir. Siz ÜDM-in 4,5%-ni müdafiəyə xərcləməklə liderlik nümayiş etdirirsiniz və bu məbləğ gələn il artacaq. Gələn il "F-35" qırıcı təyyarələri almağa başlayacaqsınız və silahlı qüvvələrinizi 300.000 əsgərə çatdırmaq planlarınızı təqdir edirəm", - Rutte deyib.
O, həmçinin Polşanı NATO infrastrukturunun vacib bir hissəsi adlandırıb və Varşavanı Kiyevə verdiyi dəstəyə görə tərifləyib.
Daha əvvəl Polşa müdafiə nazirinin müavini Sezari Tomçik nazirliyinin təxminən 400.000 ehtiyatda olan əsgər və könüllünü hərbi təlimə göndərməyi planlaşdırdığını açıqlamışdı. "Ordu ilə təhsil" proqramı 22 noyabrda pilot proqram kimi başlayacaq və 2026-cı ilə qədər tam fəaliyyətə başlayacaq.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər